Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
oqrular esas

Azpost.info “Kriminal qiraət” layihəsində 1980-ci illərdə Azərbaycanında baş vermiş cinayət işi üzrə hazırlanan yazını təqdim edir.  

1980-ci illərdə Azərbaycanda elə bir cinayətkar qrup fəaliyyət göstərirdi ki, onun üzvlərini ilk baxışdan heç kim təhlükəli adam hesab etməzdi. Onlar adi işçilər idi. Hətta işlədikləri müəssisədə qabaqcıl əməkdaş kimi tanınır, bəzilərinin şəkilləri fəxri lövhələrdə yer alırdı. Lakin iş vaxtı bitdikdən sonra bu adamların tamam başqa həyatı başlayırdı. Onlar avtomobillərinə minib SSRİ-nin müxtəlif respublikalarına yollanır, maaş günü yaxınlaşan müəssisələrin kassalarını qarət edirdilər.

Bu, sonradan Azərbaycan kriminal tarixində ən səs-küylü cinayət işlərindən birinə çevrilən “Kürbaşı dəstəsi”nin hekayəsidir.

Fəhlə geyimində gizlənən cinayətkarlar

Dəstənin üzvləri Azərbaycan SSR Elmlər Akademiyasının Neft və Kimya İnstitutunun təcrübə-sənaye zavodunda işləyirdilər. Onlardan biri – Əli Quliyev 11 il ərzində kimyəvi məhsullar istehsal edən qurğuda çalışmış, yüksək ixtisas dərəcəsinə çatmış və əmək qabaqcılı kimi tanınmışdı. Onun şəkli hətta müəssisənin fəxri lövhəsində də yerləşdirilmişdi.

Amma istintaq materiallarına görə, bu adamlar başqa bir fəaliyyətlə də məşğul idilər.

Dəstə əvvəlcədən məlumat toplayırdı: hansı müəssisədə maaş veriləcək, kassada nə qədər pul olacaq, mühafizə necə təşkil edilib? Məlumat əldə edildikdən sonra üzvlər işdən icazə alır, avtomobillə başqa respublikalara gedir və qarət törədirdilər. Əməliyyatlardan sonra Bakıya qayıdır, bir müddət gözə görünmürdülər. Məhz bu üsul onların uzun müddət ifşa olunmamasına kömək edirdi.

İlk izlər Gürcüstanda üzə çıxdı

Cinayət işinin materiallarına görə, 1984-cü il noyabrın 29-da Əli Quliyev üç nəfərlə birlikdə Gürcüstanın Laqodexi rayonunun İnkikori kəndinə gedir.Onlar “Drujba” kolxozunun xidməti otağına daxil olaraq seyfi sındırır və 6 086 rubl aparırlar. Bu, həmin dövr üçün kifayət qədər böyük məbləğ idi.

Sonrakı illərdə dəstənin adı müxtəlif qarət və zorakı hadisələrlə əlaqələndirilir. 1987-ci ilin sentyabrında Voronejdə Adam Məmmədovun öldürülməsi, bir neçə gün sonra isə Gürcüstanın Bolnisi rayonunun Kazareti qəsəbəsində dövlət müəssisəsinin gözətçisinin qətlə yetirilməsi hadisələri diqqət çəkir.

Bununla belə, istintaq zamanı Əli Quliyevin Voronejdəki qətldə birbaşa iştirakı sübuta yetirilməmişdi.

Bakıda milis zabitinə hücum

1987-ci ilin dekabrında Bakıda daha bir müəmmalı hadisə baş verir. Suraxanı Rayon Milis İdarəsinin istintaq şöbəsinin rəisi Azər Nəsirov evindən çıxaraq avtomobilinə minmək istəyərkən silahlı hücuma məruz qalır. Ona bir neçə dəfə atəş açılır. Hücum edən şəxs zabitin öldüyünü düşünərək hadisə yerindən qaçır. Lakin Nəsirov sağ qalır. İş uzun müddət açılmamış qalır. Hətta əvvəlcə onun həmkarlarından biri şübhəli bilinsə də, sonradan bəraət alaraq sərbəst buraxılır.

İstintaqın bu hadisə ilə bağlı mühüm nəticəyə gəlməsi isə daha sonra baş verən başqa bir qətllə əlaqəli olur.

Pivə zavodunun direktoru niyə öldürüldü?

1989-cu il sentyabrın 5-də Bakı-Fatmayı yolunun 15-ci kilometrliyində Xırdalan pivə zavodunun direktoru Fazil Şirəliyev izlənilərək öldürülür. Ona dörd dəfə atəş açılır. Sonradan bu qətlin sifarişli olduğu üzə çıxır. Müəssisə ətrafında yaranan rəqabət və direktorun vəzifədən uzaqlaşdırılması marağı cinayətin mümkün motivi kimi göstərilirdi. İstintaq zamanı kriminalistlər Azər Nəsirova və Fazil Şirəliyevə qarşı hücumlarda eyni silahdan istifadə edildiyi qənaətinə gəlirlər.

Bu, iki hadisəni birləşdirən mühüm iz idi.

Ən maraqlı məqam isə Əli Quliyevin pivə zavoduna necə daxil olması ilə bağlıdır. İş materiallarına görə, o, müəssisəyə özünü Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı kimi təqdim edərək daxil olmuş, zavodun ərazisini və iş rejimini öyrənmişdi.

Bununla adi işçi kimi tanınan bir şəxsin müəssisəyə saxta vəzifəli şəxs qismində daxil olması cinayət işinin diqqətçəkən detallarından birinə çevrilmişdi.

14 nəfər həbs edildi, beş nəfər ölüm cəzası aldı

1989-cu ilin əvvəlində dəstə üzvlərinin saxlanılmasına başlanılır. Ümumilikdə 14 nəfər həbs edilir. Əli Quliyev və Çingiz Paşayev saxlanılan sonuncular arasında olurlar.

Məhkəmə qarşısına çıxarılan şəxslərdən beşi ölüm cəzasına məhkum edilir. Dəstənin rəhbəri kimi göstərilən Qurbanəli Babayev Bayıl həbsxanasında, digər məhkumlar isə sonradan həbsdə vəfat edirlər. Çingiz Paşayev və Əli Quliyev isə ömürlük həbs cəzası ilə cəzalandırılan şəxslər kimi tanınırlar.

“Kürbaşı dəstəsi” işi sovet Azərbaycanının kriminal tarixində ən mürəkkəb və səs-küylü cinayət işlərindən biri kimi qaldı.

Orxan Əlizadə

Yazı 1970-80 -ci illərin sovet dövrünə dair arxiv materialları, məhkəmə prosesləri və sənədlər əsasında analitik-bədii üslubda hazırlanıb.

 

AzPost.az

Post navigation

Previous: Qışda avtomobiliniz yolda qalmasın – Sürücülər bu 10 detalı yoxlamalıdır

Oxşar xəbərlər

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43

xƏBƏR

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
Azpost.info “Kriminal qiraət” layihəsində 1980-ci illərdə Azərbaycanında baş vermiş cinayət işi üzrə hazırlanan yazını təqdim edir.   1980-ci...
Read more about Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?
Qışda avtomobiliniz yolda qalmasın – Sürücülər bu 10 detalı yoxlamalıdır avto yaqisli hava
  • Maraqlı

Qışda avtomobiliniz yolda qalmasın – Sürücülər bu 10 detalı yoxlamalıdır

User 15 Noyabr 2026 - 15:24
Pomidor, kartof, çörək… – Bu ərzaqları soyuducuda saxlamaq səhvdir soyuducu
  • Sosial

Pomidor, kartof, çörək… – Bu ərzaqları soyuducuda saxlamaq səhvdir

User 15 Noyabr 2026 - 15:08
Göyərtəsində 13 Azərbaycan vətəndaşı olan gəmiyə PUA zərbəsi endirilib gemi zerbe
  • Sosial

Göyərtəsində 13 Azərbaycan vətəndaşı olan gəmiyə PUA zərbəsi endirilib

User 15 Noyabr 2026 - 14:27
İlon Masın “SpaceX”-i tarix yazdı – “Starship” kosmik gəmisini havada tutdu / VİDEO raket starsip
  • Sosial

İlon Masın “SpaceX”-i tarix yazdı – “Starship” kosmik gəmisini havada tutdu / VİDEO

User 15 Noyabr 2026 - 13:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.