Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

User 17 Noyabr 2026 - 18:11
ƏSAS FOTO 800x500 (15)

Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər.

Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar. Komandalar müasir süni intellekt alətlərindən istifadə edərək müxtəlif texnoloji həllər üzərində çalışıb, ideyalarını praktik layihələrə çeviriblər.

Hakaton zamanı gənclər texniki bilikləri ilə yanaşı, komanda işi, problem həlletmə və yaradıcı düşünmə bacarıqlarını da nümayiş etdiriblər. Hazırlanan layihələr funksionallıq, texnoloji yanaşma, istifadəçi təcrübəsi və təqdimat meyarları əsasında qiymətləndirilib.

Hakatonun sonunda fərqlənən komandalar Bakcell tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıb.

Bakcell bu kimi təşəbbüslərlə gənc istedadların inkişafına və onların rəqəmsal bacarıqlarının gücləndirilməsinə dəstəyini davam etdirir.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.

AzPost.az

Post navigation

Previous: Güzəştli mənzili kimlər ala bilər? -Hüququ olan şəxslərin tam siyahısı
Next: Camış əti və süni kürü… 41 şadlıq sarayında ciddi nöqsanlar aşkarlandı

Oxşar xəbərlər

memur33
  • Media

Azərbaycanda QHT-lər yenidən qeydiyyata alınacaq

User 17 Noyabr 2026 - 00:23
media aciqlama soyud
  • Media

Söyüdlü kəndinin boşaldılacağı iddiasına rəsmi cavab – Dezinformasiya yayıldı

User 15 Noyabr 2026 - 16:26
sosial sebeke
  • Media

Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır? – Facebook geridə, Instagram nə yerdədir? / STATİSTİKA

User 14 Noyabr 2026 - 15:15

xƏBƏR

Toy
  • Sosial

Camış əti və süni kürü… 41 şadlıq sarayında ciddi nöqsanlar aşkarlandı

User 17 Noyabr 2026 - 18:18
Bu ilin yanvar–noyabr ayları ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 47...
Read more about Camış əti və süni kürü… 41 şadlıq sarayında ciddi nöqsanlar aşkarlandı
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib ƏSAS FOTO 800x500 (15)
  • Media

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

User 17 Noyabr 2026 - 18:11
Güzəştli mənzili kimlər ala bilər? -Hüququ olan şəxslərin tam siyahısı menzil dizayn
  • Baş Yazı

Güzəştli mənzili kimlər ala bilər? -Hüququ olan şəxslərin tam siyahısı

User 17 Noyabr 2026 - 17:48
İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib ilham alman xin
  • Siyasət

İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib

User 17 Noyabr 2026 - 17:38
Süni intellektin elektrik sərfiyyatı azala bilər- Alimlərdən yeni texnologiya suni intelekt
  • Maraqlı

Süni intellektin elektrik sərfiyyatı azala bilər- Alimlərdən yeni texnologiya

User 17 Noyabr 2026 - 17:28
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.