Belarusda koronavirusdan ölənlərin sayı 40-a çatıb.
Azərtac xəbər verir ki, Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı isə 4204 nəfərdir.
Məlumata görə, koronavirus səbəbindən ölən şəxslərdə xroniki xəstəliklər mövcud olub.
Qeyd edək ki, indiyədək Belarusda koronavirusla bağlı 81 mindən artıq test aparılıb. Testlərin aparılması üçün ölkədə 24 laboratoriya fəaliyyət göstərir.