Murad Dadaşov məşhur aparıcıları “Xəzər”ə gətirdi

Xalq artisti Murad Dadaşov rəhbər vəzifəyə təyin edildiyi “Xəzər” TV-də dəyişikliklərə davam edir.

M. Dadaşov bu aralar kanala yeni aparıcılar cəlb etməklə məşğuldur.

Aktyor Elşən Orucovun ardından aparıcı Tural Əsədov da “Xəzər”ə gəlib. Onun maraqlı bir axşam şousu ilə efirdə görünəcəyi bildirilir.

M.Dadaşovun telekanala dəvət etdiyi digər aparıcılar isə Günay Malikqızı və Günay Novruzqızıdır. Hər iki xanım səhər proqramı ilə tamaşaçıların qarşısına çıxacaqlar. Artıq verilişlər üçün yeni studiyalar da hazırlanıb. (Axşam.az)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir