Tramp kiçik biznesə 484 milyard dollarlıq yardım paketini imzalayıb

ABŞ Prezidenti Donald Tramp cümə günü kiçik bizneslərə və xəstəxanalara dəstək vermək üçün təsdiq olunmuş 484 milyard dollarlıq yardım paketi haqqında qanunu imzalayıb.

Maliyyə naziri böyük şirkətlərin bu yardım paketindən vəsait əldə etmələrinin qarşısını almaq üçün nəzarət edəcəyini vəd etdib.

Eyni zamanda Tramp Ağ evdə çıxışı zamanı bildirb ki, Amazon və digər şirktlərin aktiv şəkildə istifadə etdiyi “Amerika Birləşmiş Ştatları Poçt Xidməti” qiymətlərini artırmadığı təqdirdə, onlara hər hansı dəstəyin olmayacağını söyləyib.

Son iki ayda təsdiq olunan dördüncü yardım paketi COVID-19 səbəbilə Amerikada bizneslərin dayandırlması nəticəsində maddi ziyanla üzləşənon milyonlarla amerikalını kritiki yardımla təmin edəcək.

Karantin başlayandan bəri 26 milyondan çox amerikalı işsizlik müavinətı üçün müraciət edib.

Əmək Departamenti cümə axşamı xəbər verib ki, keçən həftə 4.4 milyon insan işsizlik müavinəti üçün müraciət edib.

Qanun layihəsi Nümayəndələr Palatasında 388-5 səs fərqi ilə qəbul olunub.

Tramp və vitse-prezident Mayk Pens cümə axşamı Ağ Evdə koronavirusla bağlı mətbuat konfransı keçirib.

Biz yeni virusa qarşı vaksin inkişaf etdirməyə çox yaxınıq, Tramp deyib və əlavə edib: “təəssüf ki, biz hələ ki, onu testdən keçirməyə yaxın deyilik.”

Alimlər deyir ki, əgər mümkün vaksinlər üzərində aparılan ilkin tədqiqat yaxşı nəticə versə, onlar 12-18 ay sonra kilinki sınaqlardan keçməyə hazır olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan Türkiyə ermənilərinin patriarxına məktub yazıb

Sonrakı məqalə

Ermənistan gecə atəşkəsi 24 dəfə pozub