Abşeronda baş verən qət hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, ötən gecə Anar Bəkirovun öldürdüyü həyat yoldaşı Leyla Bəkirova 7 aylıq hamilə imiş.
Məlumata görə, A.Bəkirov qadının döş nahiyəsinə 3 dəfə bıçaq zərbəsi endirib və daha sonra onun boğazını kəsib.
Xatırladaq ki, Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.