Tarixdə ilk dəfə ABŞ Silahlı Qüvvələrinin quru qoşunlarının xüsusi təyinatlı dəstəsində qadın xidmət edəcək.
Trend-in məlumatına görə, bu barədə “Yaşıl beretlilər” kimi tanınan dəstənin komandanı bildirib.
Qeyd olunur ki, qadın bunun üçün xüsusi kursları tamamlayıb.
Bu günədək yalnız 2016-cı ildə ABŞ Milli Qvardiyasında bir qadın xidmət edib.