Saxlanılan XİN-nin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov məhkəməyə gətirilib

Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə gətirilib.

Hazırda Səbail Məhkəməsində hakim Şahin Abdullayev sədrliyi ilə Dövlət Təhülkəsizliyi Xidmətinin təqdimatına baxılır.

Xatırladaq ki, Faiq Bağırova Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci(vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci(külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AFFA baş məşqçi ilə bağlı qərarını açıqladı

Sonrakı məqalə

ABŞ xüsusi təyinatlılarında ilk dəfə qadın xidmət edəcək