Koronavirusdan sağalmış şəxslərdə eşitmə problemləri aşkarlanıb

Böyük Britaniyanın Mançester Universitetinin alimləri koronavirusa yoluxub sağalmış şəxslərdə eşitmə ilə bağlı problemlər aşkar edib.

Mütəxəssislər 121 xəstə üzərində müşahidə aparıb. Onlardan 16 nəfəri eşitmə qabiliyyətinin zəifləməsi ilə bağlı şikayət edib. Bu cür problemlər həmin xəstələrdə xəstəxanadan buraxılandan iki ay sonra qeydə alınıb.

Mütəxəssislər hesab edir ki, eşitmənin zəifləməsinə stress və infeksiyaya qarşı istifadə olunan preparatlar təsir edə bilər. (Trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Çernobıl” filmi ən yaxşı serial kimi BAFTA mükafatı alıb

Sonrakı məqalə

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək