Gürcüstan prezidenti:“Gürcüstan və Azərbaycan tarixi və strateji tərəfdaşlardır”

“İkitərəfli sərhəd komissiyasının yaradılmasında iştirak etməyimdən qürur duyuram”.

Bunu Gürcüstan prezidenti Salome Zurabişvili özünün “Twitter” hesabımda yazdığı paylaşımında qeyd edib.

Prezident bildirib ki, Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası tezliklə başa çatdırılmalıdır: “Mən Xarici İşlər naziri olduğum zaman ikitərəfli sərhəd komissiyasının qurulmasında iştirak etmiş şəxslərdən biri olmağımdan qürur duyuram. Bu proses başa çatdırılmalıdır. Bu ortaq milli maraqlarımıza xidmət edir”. (APA)

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir