İşğaldan azad edilmiş Ağdam rayonunun Cümə məscidi işıqlandırılıb.
Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Ağdam rayonu Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə bəyanata əsasən noyabrın 20-də Azərbaycana qaytarılıb.