Dünyada son sutkada 600 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 641 mindən çox koronavirusa yoluxma, 11752 ölüm hadisəsi qeydə alınıb.

RİA Novosti xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Qeyd edilib ki, ən çox yoluxma hadisəsi Avropada (276 mindən çox) müşahidə edilib. Sonrakı yerdə isə Şimali və Cənubi Amerika (257 mindən çox) qərarlaşıb.

Ümumilikdə isə bu günədək dünyada 57,2 milyondan çox yoluxma, 1,3 milyondan çox ölüm hadisəsi baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Prezident İlham Əliyevin konkret təklifləri var və onları müzakirə etdik” –

Sonrakı məqalə

Ağdamın Cümə məscidi işıqlandırıldı –