Xarici jurnalistlər Ağdama səfər ediblər

Xarisi ölkə jurnalistləri Ağdama səfər edib.

Səfərdə məqsəd xarici medianın Xocalı faciəsi haqqında daha ətraflı məlumatlandırılmasıdır.

Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə təşkil olunan səfərdə yerli və xarici jurnalistlər iştirak edirlər. İşğaldan azad olan Ağdam şəhərinə səfər edən media nümayəndələri ilk olaraq Ağdam cümə məscidinə gəliblər.

Xocalı soyqırımı günü Ağdamda olan və faciə qurbanlarının şəklini çəkən tanınmış fotoqraf Rza Deqqəti və hadisə şahidləri jurnalistlərə erməni vəhşiliyi barədə məlumat verib.(APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir