“İTV-də polislə bağlı materialın sifariş əsasında hazırlanması fikiri əsassızdır” –Ehsan Zahidov

Daxili İşlər Nazirliyi (DİN) “İctimai” televiziyada polisin fəaliyyətini tənqid edən materiala münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya bildirib ki, ölkədə fəaliyyət göstərən bütün televiziya kanalları, o cümlədən də “İctimai” televiziya həmişə daxili işlər orqanlarının fəaliyyətini geniş işıqlandırıb, polisin cinayətkarlığa qarşı həyata keçirdiyi uğurlu tədbirlərin tamaşaçılara çatdırılmasında böyük əmək sərf ediblər: “Ona görə də bütün mətbuat nümayəndələrinə, o cümlədən “İctimai” televiziyanın əməkdaşlarına daxili işlər orqanlarının şəxsi heyəti adından təşəkkürümüzü bildiririrk. O ki qaldı qeyd olunan materialın guya sifariş əsasında hazırlanmasına, birmənalı olaraq bildiririk ki, belə fikirlər əsassızdır. Bütün televiziya kanalları, o cümlədən “İctimai” televiziya ilə əməkdaşlığımız bu gün də daha yüksək səviyyədə davam edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək –

Sonrakı məqalə

Xarici jurnalistlər Ağdama səfər ediblər