“Smart kartla bağlı yayılan məlumatlar yalandır” –"Azərişıq" açıqlama verdi

“İnformasiya sistemində aparılacaq yenidənqurma işləri nəticəsində smart kart ödənişlərində 10 günlük problem yaranacağı haqqında sosial şəbəkələrdə yayılmış və abonentlər arasında çaşqınlıq yaradan məlumatlar doğru deyil və həqiqəti əks etdirmir”.

Bu barədə “Azərişıq” ASC-nin yaydığı məlumatda qeyd edilib.

“Azərişıq” ASC istehlakçıları belə məlumatlara inanmamağa çağırıb: “Bütün abonentlərimiz, o cümlədən smart kart istifadəçiləri də, hər zaman ödəniş etdikləri qaydada istədikləri vaxtda və yerdə rahatlıqla ödənişlərini apara bilərlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Paşinyanın deputat çoxluğu Ermənistan prezidentinin impiçmentini tələb edir

Sonrakı məqalə

Yevlaxda yol qəzasında 2 nəfər ölüb-