Yevlaxda yol qəzasında 2 nəfər ölüb-Bir ailənin 3 üzvü ağır xəsarət alıb - FOTO

Yevlaxda baş vermiş ağır yol qəzası nəticəsində ölən və xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, avtoqəza zamanı ölənlər Bərdə rayonun Dəymədağlı kənd sakini Hüseynov Rəmzi Ələddin oğlu və rayonun Şirvanlı kənd sakini Quliyev Elgiz Səxavət oğludur.

Xəsarət alanlar isə 1993-cü il təvəllüdlü Əhmədli Əhliman Kamal oğlu, 1993-cü il təvəllüdlü Əhmədli Ayşən Rafiq qızı və 2016-cı il təvəllüdlü Əhmədli Şəlalə Əhliman qızıdır.

Məlumata görə, hər üç yaralı bir ailənin üzvləridir.

***

Saat 19:59

Yevlaxda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunda, Bərdə postuna yaxın ərazidə qeydə alınıb.

Bərdə istiqamətdən hərəkətdə olan “VAZ 2106” markalı avtomaşın “Great Wall” markalı digər minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 2106”-da olan iki nəfər hadisə yerində dünyasını dəyişib.

Digər avtomobildə olan qadın, bir uşaq və sürücü ağır xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Smart kartla bağlı yayılan məlumatlar yalandır” –

Sonrakı məqalə

“Sabah biz xalq hakimiyyətini müdafiə etməliyik” –