Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
**
Prezident İlham Əliyev Zaur Əhmədovun Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
**
Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayaıb.
**
Eldar Nadir oğlu Səlimov Aərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.