Rusiyanın ABŞ-da müvəqqəti işlər vəkili Sergey Koşelev Dövlət Departamentinə çağrılıb.
Azpost.info RİA-ya istinadən bildirir ki, bu barədə Rusiya səfirliyi tvitter səhifəsində məlumat yayıb. Rusiyalı dipolamata ABŞ-ın Moskvanın avroatlantik regionda stabilliyə təhlükə yaradan hərəkətlərindən narahat olduğu bildirilib. Bu, həmçinin Çexiya ilə bağlı diplomat qalmaqalında Praqaya dəstək kimi qeyd olunub.
Rusiyalı diplomat bütün bu ittihamları rədd edib.
Rusiyanın ABŞ-da səfiri Anatoli Antonov Moskvaya çağrıldığı üçün S.Koşelev müvəqqəti işlər vəkili vəzifəsini tutur.