ABŞ-da Rusiya səfirini əvəz edən diplomat Dövlət Departamentinə çağrılıb

Rusiyanın ABŞ-da müvəqqəti işlər vəkili Sergey Koşelev Dövlət Departamentinə çağrılıb.
Azpost.info RİA-ya istinadən bildirir ki, bu barədə Rusiya səfirliyi tvitter səhifəsində məlumat yayıb. Rusiyalı dipolamata ABŞ-ın Moskvanın avroatlantik regionda stabilliyə təhlükə yaradan hərəkətlərindən narahat olduğu bildirilib. Bu, həmçinin Çexiya ilə bağlı diplomat qalmaqalında Praqaya dəstək kimi qeyd olunub.
Rusiyalı diplomat bütün bu ittihamları rədd edib.
Rusiyanın ABŞ-da səfiri Anatoli Antonov Moskvaya çağrıldığı üçün S.Koşelev müvəqqəti işlər vəkili vəzifəsini tutur.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SSRİ vaxtı əsgərlikdən yazılan məktub 41 il sonra ünvana çatıb

Sonrakı məqalə

Ötən gün ictimai yerlərdə 5 koronavirus xəstəsi saxlanılıb –