Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.
Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zaman Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunub. Rusiya sülhməramlılarının səyləri sayəsində regionda vəziyyətin stabil və sakit olaraq qaldığı qeyd olunub.
Energetika sahəsi daxil olmaqla ikitərəfli əməkdaşlığın aktual mövzularına dair fikir mübadiləsi aparılıb.