Paşinyan Putinə zəng vurdu –Qarabağdakı vəziyyət müzakirə olundu

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.

Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zaman Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunub. Rusiya sülhməramlılarının səyləri sayəsində regionda vəziyyətin stabil və sakit olaraq qaldığı qeyd olunub.

Energetika sahəsi daxil olmaqla ikitərəfli əməkdaşlığın aktual mövzularına dair fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə İraqda PKK terrorçularına qarşı geniş miqyaslı əməliyyata başlayıb

Sonrakı məqalə

Astarada məşhur “yanar bulaq”dan palçıq püskürüb –