Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində itkin düşmüş hesab olunan 19 hərbi qulluqçunun tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, itkin düşmüş hesab olunan 19 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.
Müdafiə Nazzirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçulardan mayın 8-dək dəfn edilən 2895 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumatı açıqlayıb.