Vətən müharibəsində 19 hərbçi itkin düşmüş sayılır –RƏSMİ

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində itkin düşmüş hesab olunan 19 hərbi qulluqçunun tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, itkin düşmüş hesab olunan 19 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

Müdafiə Nazzirliyi  Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçulardan mayın 8-dək dəfn edilən 2895 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumatı  açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müdafiə Nazirliyi Vətən müharibəsi şəhidlərinin yeni siyahısını yaydı –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu