Həbs olunan şəxs polis maşınından düşüb qaçdı –VİDEO

Rusiyada saxlanılan şəxsin polis maşınından qaçması ilə bağlı görüntülər sosial şəbəkələrdə gülüşlə qarşılanıb.

Bu barədə kadrları “Life Shot” “Telegram” kanalı paylaşıb.

Videoda orta yaşlı birinin işıqforda dayanan polis maşınından ehmalca düşdüyü və əllərini yanına salaraq heç nə olmamış kimi uzaqlaşdığı görünür.

Bir müddət sonra polislər şübhəlinin qaçdığını anlayırlar.

Kadrların sonunda hüquq mühafizəçilərinin həmin şəxsi tutub maşına saldığı görünür.

Görüntülərin Mordoviyanın Saransk şəhərində çəkildiyi vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada koronavirusa yoluxma sayı 170 milyonu ötüb –

Sonrakı məqalə

“Türkiyə artıq saxta “erməni soyqırımı” iddialarından bezib” –