Latviyanın “Brette Haus” şirkətinin mütəxəssisləri adi yük maşınına yerləşən qatlanan evin layihəsini hazırlayıblar.
Dünyanın istənilən yerinə daşına bilən kompakt ev 3 saat ərzində açılıb-yığıla bilir. Qatlanan ev ekoloji cəhətdən təmiz təbii materiallardan hazırlanıb.
Hazırda şirkət yalnız bir neçə saat ərzində bükülə bilən müxtəlif ölçülü və konfiqurasiyalı yaşayış modulları xəttini təklif edir.