“Koronavirus keçirmiş şəxslərin bir doza vaksin vurdurması kifayətdir” –Nazir müavini

6 ay əvvəl koronavirusa yoluxmuş şəxslərin hazırda bir doza vaksin vurdurması kifayətdir”.

Bu barədə APA-ya səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Nazir müavini bildirib ki, həmin şəxslərin ikinci doza peyvənd vurdurmasına ehtiyac duyulmur:

“Amma hər halda bu məsələyə yaxın günlərdə aydınlıq gətiriləcək”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının qərarına əsasən, xəstəliyi keçirmiş və qeydiyyatda olan şəxslər sağaldıqdan 6 ay sonra COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “İmmunitet sertifikatı”nın müddəti 6 ay uzadılacaq.

Həmçinin peyvəndlənmiş vətəndaşlar, ikinci dozanı aldıqları tarixdən 6 ay keçdikdən sonra müvafiq tibbi göstərişlərə uyğun olaraq COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “Vaksin sertifikatı”nın müddəti 6 ay uzadılacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir