ABB-də xəbərdarlıqsız komissiya- İnsanlar narazıdır

Beynəlxalq bank
Beynəlxalq bank

Bank kartından edilən adi bir köçürmə gözlənilməz komissiya ilə nəticələnəndə, bu artıq texniki yox, ictimai problemə çevrilir.

AzPost xəbər verir ki, vətəndaş Anar İmanoğlu ABB bankının bəzi kartlara edilən köçürmələr zamanı əvvəlcədən xəbərdarlıq etmədən komissiya tutmasından şikayətçidir. Onun sözlərinə görə, köçürmə əməliyyatı aparılarkən mobil tətbiqdə və ya ekranda komissiyanın çıxılacağı barədə heç bir məlumat göstərilmir. Nəticədə müştəri yalnız əməliyyatdan sonra hesabdan əlavə məbləğin tutulduğunu görür.

Şikayətçi bildirir ki, bu cür yanaşma müştəri hüquqlarının pozulmasıdır və şəffaf bankçılıq prinsiplərinə ziddir. O hesab edir ki, komissiya tutulacaqsa, bu barədə əməliyyatdan əvvəl açıq və aydın xəbərdarlıq verilməlidir.

Anar İmanoğlu ABB-dən bu məsələyə aydınlıq gətirilməsini və tətbiqdə öncədən bildiriş mexanizminin yaradılmasını tələb edib.

Müştəri bildirib ki, bankla məsələ ilə bağlı əlaqə saxlayıb və bildirilib ki, problem yaxın zamanda həllini tapacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.