Abdullah Gül uzun müddət sonra görüntüləndi

Uzun müddətdir ictimaiyyətin diqqətindən uzaq yaşayan Türkiyənin 11-ci prezidenti Abdullah Gül Özbəkistana gedib.

Keçmiş dövlət başçısı Orta Asiya səfəri çərçivəsində ilk dəfə Özbəkistana getdiyini açıqlayıb.

Gül bu səfərini sosial media hesabında paylaşaraq Daşkənd, Səmərqənd, Buxara və Xivəni ilk dəfə ziyarət etdiyini bildirib və Özbəkistandakı inkişafı “təqdirəlayiq” adlandırıb. O, bu səfərdən həyat yoldaşı Həyrünnisa Gülün ilə şəkillər paylaşıb.

Abdullah Gül Orta Asiya şəhərlərini “Türk-İslam mədəniyyətinin beşiyi” adlandıraraq, bölgədəki dəyişiklikləri, dinamizmi və tərəqqini yüksək qiymətləndirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.