Abdullah Öcalan yenidən tərəfdarlarına müraciət etdi –"Yeni dövrün qapısı açılır"

Bu gün PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan növbəti dəfə tərəfdarlarına çağırış edib.

Öcalanın yazılı müraciətini Pervin Buldan oxuyub.

Öcalan bildirib ki, “mənfi üsyan dövrünü dəf edə biliblər”.

“Yeni bir siyasət dövrünə, onun strategiyasına qapı açılır. Biz zorakılığa əsaslanan siyasət dövrünü bağlayırıq”, – PKK terror təşkilatının lideri qeyd edib.

Öcalan Türkiyə Prezidentinin son bir ildə göstərdiyi səyləri, MHP liderinin çağırışını, CHP sədrinin töhfəsi dəyərli hesab etdiyini vurğulayıb.

Qeyd edək ki, ötən ilin 27 fevral tarixində Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “silahı yerə qoyun” çağırışı yer alıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.