Azərbaycanın Baş nazirinin sabiq müavini Abid Şərifovun səhhətində ciddi problemlər yaranıb.
AzPost bildirir ki, “Yeni Sabah”ın məlumatına görə, sabiq məmur insult keçirib. Nəticədə Abid Şərifov yerimək və danışmaq qabiliyyətini itirib. Hazırda xəstəxanada müalicəsi davam edir və daimi həkim nəzarətindədir.
Abid Şərifovun vəziyyətini ailə üzvləri təsdiqləyiblər.
Abid Şərifov 1940-cı ildə Şəkidə anadan olub. O, 1995-2018-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.