“Abituriyentlərə hərbi xidmətdən güzəşt nəzərdə tutulmayıb”

- DİM sədri
21 Aprel 2020 - 12:52

“Hərbi xidmətlə əlaqəli güzəşti biz vermirik. Bu qanunla tənzimlənir”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, bu güzəştlər aidiyyəti dövlət qurumları tərəfindən verilir və DİM buna uyğun olaraq da qərar qəbul edir: “Bu il üçün bu sahədə hər hansı güzəştin olması nəzərdə tutulmur”.

M.Abbaszadə onu da qeyd edib ki, keçid ballarını DİM müəyyənləşdirmir: “Müsabiqədə iştirak üçün şərtlər də Nazirlər Kabineti tərəfindən təsdiqlənir. Bu il də müəyyən ixtisaslarda müsabiqə vəziyyəti daha yüksək, bəzilərində də aşağı olacaq. Bunu da əvvəlcədən bilmək mümkün deyil”.