Abramoviç 1,5 milyardlıq yaxtasını Türkiyəyə qaçırıb – FOTO

Rusiyalı iş adamı Roman Abramoviçin “Eclipse” superyaxtası Türkiyənin cənub-qərb sahillərinə çatıb.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” “Marine Traffic” portalının məlumatlarına istinadən məlumat yayıb. Məlumata görə, yaxta hazırda Marmaris limanındadır. Uzunluğu 160 metrdən çox olan “Eclipse” 2010-cu ildə Almaniyanın “Blohm+Voss” gəmiqayırma zavodu tərəfindən inşa edilib. 2013-cü ilə qədər o, dünyanın ən böyük superyaxtası hesab olunurdu. “Eclipse”in Abramoviçə məxsus olması faktını “Daily Telegraph”, “Forbes” və “SuperYachtFan” yazıb. 700 milyon dollara alınan yaxtanın hazırkı dəyəri 1,5 milyard dollardır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.