“Abramoviç marixuana istehsalına yüz milyonlarla dollar sərmayə qoyub”- “Bloomberg”

Ən böyük tibbi marixuana istehsalçısı “Curaleaf Holdings”in (ABŞ) rəhbəri Boris Yordan rusiyalı iş adamı Roman Abramoviçin şirkətə sərmayə qoyduğunu bildirib.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Onun sözlərinə görə, söhbət yüz milyonlarla dollardan gedir. Yordanın bəhs etdiyi investisiyalar 2015-ci ildən 2017-ci ilə qədərki dövrü əhatə edib.

“Abramoviç investisiya üçün pul verdi. Bütün bu vəsaitlər 2020 və ya 2021-ci ilin sonunda geri qaytarılıb. Bildiyimizə görə, bu gün Abramoviçin “Curaleaf”da heç bir payı yoxdur”, – tibbi marixuana istehsalçısının rəhbəri bildirib.

Yordanın sözlərinə görə, Abramoviç hazırda dünyada ən çox axtarılan investorlardan biridir: “Onun şirkətin fəaliyyətində iştirakı böyük bir üstünlük kimi qəbul edilirdi”.

B.Yordan 2019-cu ildə milyarder olub. Bu, “Curaleaf” tibbi marixuana şirkətinin yaradılmasından sonra baş verib. “Forbes” onun sərvətini 1,2 milyard dollar qiymətləndirir.

Azpost.info

 

Əvvəlki məqalə

Mövlud Çavuşoğlu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb-

Sonrakı məqalə

Kür çayında bir nəfər batıb-