Abramoviç qapalı məktubla İstanbula gəldi-Ərdoğanla görüşdü (FOTO)

Rusiyalı milyarder Roman Abramoviç bu gün Rusiya və Ukrayna arasında danışıqların keçiriləcəyi İstanbula gəlib.

Azpost.info xəbər verir ki, Abramoviç İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqları öncəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb. İş adamı iki ölkə arasında danışıqların təşkilinin ilkin mərhələsində iştirak edib. “Jerusalem Post”un xəbərinə görə, Ukrayna Abramoviçdən Moskva ilə danışıqlara və münaqişənin həllinə kömək etməyi xahiş edib.

“Times” yazır ki, Roman Abramoviç Rusiya prezidenti Vladimir Putinə ukraynalı həmkarı Vladimir Zelenskinin məktubunu çatdırıb.

Nəşrin məlumatına görə, orada sülh sazişinin şərtləri ilə bağlı Ukraynanın mövqeyi göstərilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.