ABŞ Ədliyyə Nazirliyi 2 Rusiya vətəndaşının həbsini təsdiqləyib

Oleq Patsulya və Vasili Besedin Rusiya aviaşirkətlərinə ehtiyat hissələrinin tədarükündə iştirakda və anti-Rusiya sanksiyalarından yan keçməyə kömək etməkdə şübhəli bilinərək saxlanılıb.

Azpost.info xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi Rusiya vətəndaşlarının saxlanılmasını təsdiqləyib.

Prokuror Qari Restaino bildirib ki, adıçəkilən şəxslər ixrac məhdudiyyətlərinə məruz qalan təyyarə hissələrini Rusiya şirkətlərinə göndərməyə çalışıb.

Oleq Patsulya və Vasili Besedin ixraca nəzarət qaydalarını pozmaq və çirkli pulların yuyulmasına cəhddə ittiham olunurlar.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.