Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ 11 sentyabr terrorunda ittiham olunan şəxsi 20 il sonra azad edib –

User 31 Oktyabr 2022 - 13:18 (Last updated: 21 May 2025 - 20:15)
paksitan 11 senty

Quantanamo həbs düşərgəsinin ən yaşlı məhbusu, pakistanlı iş adamı Seyfullah Paraça təxminən iyirmi il həbsdə yatdıqdan sonra mühakimə olunmadan ölkəsinə geri qaytarılıb.

 Azpost.info “Dawn”a istinadən xəbər verir ki, 75 yaşlı Paraça 2003-cü ilin iyulunda Taylandda keçirilən beynəlxalq əməliyyat nəticəsində həbs edilib. Amerika səlahiyyətliləri onun Əl-Qaidənin maliyyələşdirilməsinə kömək etdiyini və həmçinin partlayıcı maddələrin ABŞ-a qaçaqmalçılıq yolu ilə daşınmasında onlara kömək etməyə çalışdığını iddia edib. Bununla belə, ona heç vaxt rəsmi ittiham irəli sürülməyib.

Həbsdə olarkən iki dəfə infarkt keçirən məhbus bir dəfə Quantanamodakı həyatı “öz məzarında yaşamaq” kimi təsvir edib.

Onun vəkili Şelbi Sullivan-Bennis deyib ki, Quantanamo həbsxanasında S.Paraçanın vəkili olduğu illər ərzində ona ikinci ata kimi olmuş bir adam yenicə evinə qayıdıb: “Heç vaxt cinayətdə ittiham olunmayan Seyfullah Paraça federal hakimlər və hərbi nümayəndələr qarşısında illərlə dinləmələrdən keçib və o, bütün göstəriciləri təmizləyib”.

Pakistan Xarici İşlər Nazirliyi onun azadlığa buraxılmasını alqışlayıb və S.Paraçanın oktyabrın 29-da Pakistana çatdığını təsdiqləyib: “Xaricdə saxlanılan Pakistan vətəndaşının nəhayət ailəsinə qovuşmasına şadıq”.

ABŞ-da təhsil almış S. Paraça ABŞ rəsmiləri tərəfindən Əl-Qaidənin bəzi yüksək səviyyəli liderləri, o cümlədən Usamə bin Laden və Xalid Şeyx Məhəmmədlə əlaqə saxlamaqda ittiham edilib. Əfqanıstanın Baqram şəhərindəki ABŞ hərbi həbsxanasında 14 ay qaldıqdan sonra o, Quantanamoya köçürülüb.

Bayden administrasiyası keçən il başqa bir Pakistan vətəndaşı, 55 yaşlı Abdul Rabbani ilə birlikdə Paraçanın azad edilməsini təsdiqləyib. Lakin ABŞ və Pakistan arasında repatriasiya razılaşmasının yekunlaşması bir qədər vaxt apardığı üçün proses ləngiyib.

11 Sentyabr Komissiyasının Hesabatında “11 sentyabr hücumlarının əsas memarı” kimi adı çəkilən Xalid Şeyx Məhəmməd də daxil olmaqla 35 nəfər hələ də Quantanamoda saxlanılır. Onun vəkili Clive Stafford-Smith BBC-yə deyib ki, o, yaxın aylarda daha çox məhbusun azad ediləcəyini gözləyir: “Mənim hələ də Quantanamoda dörd müştərim var, onların hamısı azadlığa buraxılıb. Bu, ABŞ üçün utancvericidir”.

ABŞ-ın Kubadakı hərbi həbsxanasında vaxtilə yüzlərlə silahlı şübhəli var idi. Quantanamonun siyahısını saxlayan “Washington Post “qəzeti 779 məhbusun həbs düşərgəsinə gətirildiyini, lakin onların əksəriyyətinin heç bir ittiham irəli sürülmədən sərbəst buraxıldığını bildirib. ABŞ hökuməti bu azad edilmiş məhbusların çoxunu düşmən döyüşçüləri kimi təsnif etməkdə davam edir.

L.SƏMLA

 

Post navigation

Previous: Almaniya XİN rəhbəri Qazaxıstandadır
Next: “Qazaxıstanın tutduğu mövqe böyük hörmətə layiqdir”

Oxşar xəbərlər

abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.