“Qazaxıstanın tutduğu mövqe böyük hörmətə layiqdir”- Almaniya XİN rəhbəri

“Qazaxıstan bugünkü çətin coğrafi vəziyyətdə aydın mövqe tutur və bu, böyük hörmətə layiqdir”.

Azpost.info xəbər verir ki, bunu Qazaxıstanda səfərdə olan Almaniya xarici işlər naziri Annalena Berbok deyib.

“Qazaxıstan indi iddialı islahatlar yolundadır. Bura təkcə şəffaflıq, ilin əvvəlindəki hadisələrin araşdırılması deyil, iyunda keçirilən referendum, nəticədə ölüm hökmünün Konstitusiyadan çıxarılması da daxildir. Ölkə prosessual qanunda islahatların aparılması ilə bağlı qərar qəbul etdi”, – Almaniya XİN rəhbəri bildirib.

Berbok Berlinin tərəfdaşlıq ruhunda Astananı dəstəkləməyə hazır olduğunu və Almaniya tərəfinin siyasi islahatlar, qanunun aliliyi və insan haqları üzrə dialoqu genişləndirmək istəyini qeyd edib.

“Əminəm ki, açıq, güclü və əmin vətəndaş cəmiyyəti innovasiyalar və uğurlu gələcək üçün həyati iksirdir”, – xarici işlər naziri bildirib.

Azpost.info

Əvvəlki məqalə

ABŞ 11 sentyabr terrorunda ittiham olunan şəxsi 20 il sonra azad edib –

Sonrakı məqalə

Rusiya və Türkiyə yeni qaz qovşağının yaradılması üçün müzakirələrə başlayıb