ABŞ 300 tələbənin vizasını ləğv edib –Qəzza ilə bağlı aksiyalarda iştiraka görə

ABŞ Qəzzaya
ABŞ Qəzzaya

ABŞ Dövlət Departamenti Qəzza ilə bağlı mitinqlərdə iştirak etmiş 300-dən çox tələbənin vizasını ləğv edib.

Bu barədə ABŞ Dövlət Katibi Marko Rubio keçirdiyi mətbuat konfransında türkiyəli tələbə Rumeysa Öztürkün mülki geyimdə olan maskalı şəxslər tərəfindən saxlanılması ilə bağlı suala cavabında bildirib.

“Məncə hazırda onların sayı 300-dən çoxdur. Biz bunu hər gün edirik. Mən hər gün bu lunatiklərdən birini tapdığım zaman vizasını ləğv edirəm”, – Rubio deyib.

ABŞ dövlət katibi qeyd edib ki, Vaşinqton “universtitetlərdə vandallıq, tələbələrə qarşı zorakılıq, binaları ələ keçirmə” kimi fəaliyyətlərdə iştirak edən tələbələrə verilmiş istənilən vizanı ləğv edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.