ABŞ 40-dan çox Çin şirkətinə sanksiya tətbiq etdi

Birləşmiş Ştatlar Rusiyaya mikroçiplər tədarük etdiyi üçün onlarla Çin şirkəti ilə ticarəti məhdudlaşdırıb.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyindən bildirilib.

Nazirlik Rusiyanın hərbi-sənaye bazasını dəstəkləyən, o cümlədən Rusiya müdafiə sektorunu ABŞ istehsalı olan mikrosxemlərlə təchiz edən 42 Çin şirkətini “qara siyahıya” əlavə edib.

Ticarət Nazirliyinin bəyanatında deyilir ki, bu çiplərin Rusiyaya satışı qadağandır. Rusiya onlardan həm də  Ukraynadakı mülki hədəflərə qarşı atılan raketlər və dronlar üçün dəqiq istiqamətləndirmə sistemlərində istifadə edir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.