ABŞ-a getmək istəyən azərbaycanlılara vacib xəbər –Bu gündən viza verilməsi dayandırılır

Viza
Viza

21 yanvar tarixindən etibarən ABŞ 75 ölkənin vətəndaşları üçün immiqrant vizalarını dayandırır.

AzPost bildirir ki, bu barədə ABŞ Dövlət Departamentini məlumat verib.

75 ölkənin siyahısında Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ermənistan, Azərbaycan və Moldova da var.
ABŞ hökuməti buna səbəb kimi immiqrantların dövlət müavinətlərindən asılılığını göstərir. Tədbir yeni nəzarət mexanizmləri tətbiq olunana qədər davam edəcək.

Məhdudiyyətlər turist və digər qeyri-immiqrant vizalarına şamil edilmir.
Əgər artıq vizanız varsa, o, qüvvədə qalır və ləğv edilməyəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.