Çin ordusu Tayvan adası ətrafında – dənizdə və hava məkanında təlimlərə başlayıb.
Azpost.info xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərin Taybey və Vaşinqton arasında sövdələşməyə cavab olaraq keçirildiyi bildirilir.
Çin Xalq Azadlıq Ordusunun nümayəndəsi Şi İ manevrlərin məqsədinin döyüş hazırlığının yüksəldilməsi olduğunu deyib.
Çin Müdafiə Nazirliyinin sözçüsü U Tsian isə bildirib ki, Çin ordusu Tayvanda istənilən formada kənar müdaxiləni yatırmağa qadirdir: “Çinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etmək, Tayvanda istənilən formada separatizmi və kənar müdaxiləni qətiyyətlə yatırmaq məqsədilə təlimlər davam etdirilir. Biz ABŞ-a və Tayvanın Demokratik Tərəqqi Partiyasına xəbərdarlıq edirik ki, Tayvanın köməyi ilə Çinə nəzarəti ələ keçirmək cəhdləri uğursuzluğa məhkumdur. Müstəqillik üçün ABŞ-a güvənmək intihara bərabərdir”.
Azpost.info
