“ABŞ-a iki ay ərzində 10 trilyon dollar xarici investisiya gələcək” –Tramp

ABŞ yaxın iki ay ərzində xarici ölkələrdən 10 trilyon dollar investisiya cəlb etmək niyyətindədir.

Birləşmiş Ştatların dövlət başçısı bunu Dohada ABŞ və Qətərin işgüzar dairələrinin nümayəndələri ilə görüşündə deyib.

“İki ay ərzində 10 trilyon dollar sərmayə cəlb edəcəyik. İndiyədək dünyanın heç bir ölkəsi bu göstəriciyə yaxınlaşa bilməyib. Mən ABŞ-a böyük sərmayə yatıracaq Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taniyə təşəkkürümü bildirirəm. Sərmayələr nəticəsində Birləşmiş Ştatlarda dörd milyonadək yeni iş yeri açıla bilər”, – deyə Donald Tramp bildirib. Ağ evin rəhbəri, həmçinin sərmayələrin ABŞ-ın dövlət borcunu ödəməyə yardım edəcəyinə ümidini ifadə edib.

Hazırda ABŞ-ın dövlət borcu 36,2 trilyon dolları ötüb. Konqresin Büdcə İdarəsinin hesablamalarına görə, 2034-cü ildə bu göstərici 50 trilyon dolları keçə bilər. Qurum borc tavanının qaldırılmayacağı təqdirdə avqust və ya sentyabr ayınadək ABŞ hökumətinin defoltla üzləşəcəyini proqnozlaşdırıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.