ABŞ avqust ayından Qazaxıstandan idxala 25% rüsum tətbiq edəcək

ABŞ avqustun 1-dən Qazaxıstandan idxal olunan mallara 25% gömrük rüsumunun tətbiqinə qərar verib.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.

Tramp “Truth” hesabında Qazaxıstan prezidentinə ünvanlanmış məktubun mətnini paylaşıb.

Məktubda qeyd olunub ki, Astana Vaşinqtona qarşı cavab rüsumları tətbiq etmək qərarına gəlsə, ABŞ Qazaxıstana münasibətdə rüsum dərəcəsini artıracaq.

Bu rüsum dərəcəsi də Astananın təyin etmək qərarına gəldiyi məbləğ qədər artacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.