ABŞ Avropadan Hindistana qarşı sanksiyalar tələb etdi

ABŞ administrasiyası Avropa ölkələrini Hindistana qarşı sanksiya siyasətinə qoşulmağa çağırıb. AzPost xəbər verir ki, AxiosIndia Today-in məlumatına görə, Vaşinqton Avropadan ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlərə bənzər tədbirlər görməyi, o cümlədən Hindistandan neft və qaz idxalına tam embarqo qoymağı tələb edib.

Donald Tramp administrasiyası Avropanın əlavə rüsumlar tətbiq etməsini də aktiv şəkildə lobbiləşdirir. ABŞ avqustun 27-dən etibarən Hindistandan idxal olunan mallara tarifləri 25% artıraraq ümumi səviyyəni 50%-ə çatdırıb.

Mənbələr bildirir ki, Vaşinqton eyni mövqenin Çinə qarşı da genişləndirilməsini istəyir. Trampın ətrafındakı şəxslərin sözlərinə görə, Böyük Britaniya və Fransa məsələyə daha konstruktiv yanaşsa da, bəzi Avropa ölkələri əsas iqtisadi yükü ABŞ-ın daşımasına çalışır və prosesdə fəal iştirak etmir.

Ağ Ev rəsmisi isə bildirib ki, Avropa tərəfdaşları süni şəkildə münaqişəni uzatmaq və əsassız gözləntilər yaratmaq əvəzinə məsuliyyəti bölüşməli, ABŞ-ın bütün xərcləri öz üzərinə götürəcəyinə arxayın olmamalıdırlar.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.