“Suriyanın keçmiş lideri Bəşər Əsədə qarşı sanksiyalar qüvvədə qalır“.
AzPost-un məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, Vaşinqtonun Suriyaya qarşı hərtərəfli sanksiyaları ləğv etməsinə baxmayaraq, Suriyanın keçmiş lideri Bəşər Əsədə qarşı sanksiyalar qüvvədə qalır.
Bəyanatda deyilir: “Bəşər Əsəd və onun silahdaşlarına, insan haqlarını pozanlara, “Captagon” qaçaqmalçılarına, Suriyanın keçmişdə kütləvi qırğın silahlarının yayılması ilə əlaqəli şəxslərə və İŞİD və “Əl-Qaidə” ilə əlaqəli təşkilatlara qarşı sanksiyalar qüvvədə qalır”.
Maliyyə Nazirliyi əvvəllər ABŞ hakimiyyətinin Suriyaya qarşı sanksiya təzyiqini və ixrac məhdudiyyətlərini yumşaltmağı planlaşdırdığını açıqlamışdı. Xüsusilə, bu ABŞ-da istehsal olunan mülki malların əksəriyyətinin, proqram təminatı və texnologiya ilə birlikdə lisenziyasız ölkəyə tədarükünə şamil olunur.
Bundan əlavə, nazirlik Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa və Suriyanın daxili işlər naziri Ənəs Həsən Xəttaba qarşı sanksiyaların ləğv edildiyini elan edib.