ABŞ bu iki vaksinlə bağlı xəbərdarlıq etdi:

"Nadir hallarda ürəklə bağlı miokard baş verə bilər"
26 İyun 2021 - 09:14

ABŞ-ın dərman pereparatları və ərzaq keyfiyyəti üzrə İdarəsi (FDA) Pfizer və Moderna vaksininin təsiri ilə bağlı qaydalara xəbərdarlıq əlavə edib. 

Azpost.info bildirir ki, bu barədə Röyter məlumat yayıb. FDA bildirir ki, bu şirkətlərin vaksinlərindən istifadə zamanı nadir hallarda ürəklə bağlı miokard və perikardit baş verə bilər.

ABŞ-ın xəstəliklərin profilaktikası və nəzrət Mərkəzi (CDC) məlumat verib ki, vaksin vurdurduqdan sonra ürəklə bağlı narahatlıqları yaranan şəxslərin əksəriyyətinin vəziyyəti tez bir zamanda düzəlməyə doğru gedir və özlərini yaxşı hiss edirlər.

Moderna və Pfizer vaksinləri ABŞ-ın istifadəyə icazə verdiyi iki pereparatdır.