ABŞ Çindən gələn turistlər üçün COVID-19 testlərini ləğv edəcək- Bu tarixdən

Martın 10-dan ABŞ Çindən ölkəyə gələn turistlər üçün COVID-19 testindən keçmək tələblərini yumşaltmağı planlaşdırır.

Azpost.info xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Bloomberg” yazıb.

Qərar ABŞ-ın milli təhlükəsizlik və səhiyyə rəsmiləri tərəfindən qəbul edilib.

Prosedur dəyişikliyi elan edilməzdən əvvəl müvafiq departamentlər ABŞ aviaşirkətlərini, Çin diplomatlarını və digərlərini yeni vəziyyətlə bağlı xəbərdar etməyə başlayacaq.

Agentliyin məlumatına görə, qərar Çində COVID-19-dan xəstəxanaya yerləşdirilənlərin və ölüm hallarının sayının azaldığına dair sübutlara görə verilib.

Yanvarın əvvəlində Birləşmiş Ştatlar ölkəyə iki yaşdan yuxarı bütün gələnlərin koronavirus üçün mənfi testdən keçməsi tələbini tətbiq etmişdi. Fevralın 19-da Çin COVID-19-un tam aradan qaldırdığını elan etdi və Avropanı pandemiyadan əvvəlki səviyyədə ticarətə qayıtmağa çağırdı.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.