ABŞ Çinlə müharibəyə hazırlaşır, robot və dron ordusu qurulur –“Force Design 2030” proqramı açıqlandı

ABŞ dəniz piyadaları Korpusunda yaxın on ildə Çinlə başlanacaq hərbi münaqişəyə hazırlıq üçün radikal islahatlara başlanır.

Azpost.info bildirir ki, artıq Korpusda aparılacaq islahatlar planı açıqlanıb. Burada qlobal məqsəd gizlədilmir – 2030-cu ilə qədər  Çinlə potensial münaqişə başlayana qədər korpus  optimallaşdırılmalı və ABŞ-ın milli təhlükəsizlik strategiyasının tələblərinə cavab verməlidir.

Martın 26-da ABŞ dəniz piayadaları korpusunun mətbuat xidməti qurumun yenidən qurulması ilə bağlı detallar əks olunmuş “Force Design 2030” adlı sənədi açıqlayıb.

Burada əsas diqqət  korpusun antiterror əməliyyatlarından Rusiya və ya Çinlə geniş miqyaslı münaqişələrə keçidinə verilib. Bu planın təşəbbüskarı Korpusun hazırkı komendantı, general Devid Berqerdir.

Faktik olaraq korpus özünün əvvəlki təyinatına qayıdır.  O düşmənə qarşı döyüşən hərbi donanmanın əməliyyatı zamanı ona dəstək verməlidir. Potensial rəqib, hərbi əməliyyatların teatrı və əməliyyatın xarakteri tamamilə aydındır. Dəniz piyadaları Çin Xalq Respublikasının Asiya-Sakit Okean regionundakı hərbi –dəniz qüvvələrinə qarşı fəaliyyət göstərməlidirlər.

“Hərbi imkanlar baxımından danışsaq Çin böyük təhlükədir. Əgər bir tədbir görməsəydik onlar çoxdan bizi ötüb keçmişdilər” –deyə Berqer “Wall Street Journal”a əvvəl verdiyi müsahibəsində demişdi.

Mən bu nəticəyə gəldim ki, bizə daha yüksək keyfiyyət üçün dəniz piyadaları korpusunu ixtisar etmək vacibdir”-deyə o vurğulayıb.

Bunun öhdəsindən gəlmək üçün korpusda struktur və silahla bağlı ciddi dəyişikliklər aparılmalı, yeni taktika və təlim metodları daxil olunmalıdır.

Plana əsasən şəxsi heyət 12 min nəfərə qədərə ixtisar olunacaq. 3 piyada taboru, bir alay ştabı və iki ehtiyat tabor formalaşdırılacaq.  Qalan taborlar yenidən təşkil olunacaq. Onların hər birində 200 nəfərin ixtisar edilməsi təklif olunur.  Əvəzində çevik və atəş gücü böyük olan korpus vəd edirlər.

Berqerin planına görə, korpusa bir sıra silah növləri daxil edilməlidir. Burada pilotsuz döyüş aparatlarının sayı (BLA) iki dəfə artırılacaq. Korpus gəmidə, sahildə fəaliyyət göstərəcək, həmçinin kəşfiyyat aparacaq, silahla təmin edəcək pilotsuz uçuş aparatlarının yeni nəsli ilə təmin olunacaq.  

Nəhayət dəniz piyadaları yanacaq daşıyan nəqliyyat  təyyarələrindən ibarət daha bir eskadriliya və 3 kəşfiyyat rotası alacaq.

Tamamilə mümkündür ki, perspektivdə kəşfiyyatçıları robotlar əvəz edəcək. Dəniz piyadaları təkcə pilotsuz döyüş aparatları ilə deyil, yerüstü və dənizdə bazaya çevriləcək robotlaşdırılmış platforma ilə də təmin olunacaq.

Bütün bu gur fəaliyyət yeni əməliyyat konsepsiyası çərçivəsində qüvvələrin yaradılmasına yönəlib.

2030-cu ildə dəniz piyadaları tamam ayrı şərtlərlə döyüşəcəyi gözlənilir.

Azpost.info

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ÜST koronavirusun ilk simptomlarını açıqladı –

Sonrakı məqalə

Hacı Əbdül vəfat edib