ÜST koronavirusun ilk simptomlarını açıqladı –“İnsanlar bu zaman nə baş verdiyini anlamırlar”

Koronavirusun ilk simptomu yüksək tempratur və titrəmədir.

Azpost.info bildirir ki, bunu Ümumdünya Səhyyə Təşkilatının nümayəndəsi Marqaret Harris “Rossiya 1” telekanalının çəkdiyi “Təhlükəli virus” filmində jurnalist Nailə Əsgərzadəyə verdiyi müsahibədə açıqlayıb.

Harrisin sözlərinə görə, virusa yoluxanlar hər şeydən əvvəl gecə yarısı 38 dərəcədən yuxarı tempraturla oyanırlar. Bu vəziyyət istilik, titrəmə və şüur qarışıqlığı ilə müşaiyət olunur.  “İnsanlar özlərini çox pis hiss edir, nə baş verdiyini anlamırlar”-deyə Harrison vurğulayıb.

ÜST nümayəndəsi qeyd edib ki, xəstələrin 90 faizi bu simptomlar barədə danışıb.

Martın 11-dən ÜST koronavirusla bağlı pandemiya elan edib. Hazırda son məlumatlara görə, 208 ölkədə 1 milyon 200 xəstə var. Onlardan 67 min nəfəri ölüb, 256 mini sağalıb.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda indiyədək 44 753 nəfər koronavirus testindən keçirilib

Sonrakı məqalə

ABŞ Çinlə müharibəyə hazırlaşır, robot və dron ordusu qurulur –