ABŞ-da 8 mindən çox uçuş təxirə salınıb

ABŞ-da müşahidə olunan əlverişsiz hava şəraiti nəticəsində ən azı 8 min aviareys ya ləğv olunub, ya da gecikib.

“FlightAware” portalının məlumatlarını “CBS News” telekanalı yayıb.

Bildirilib ki, noyabrın 30-da 7 460 reys gecikib, 664 uçuş isə ləğv edilib.

Meteoroloqlar əvvəlcədən bir sıra ABŞ ştatlarında qar və soyuq hava şəraitinin olacağı barədə xəbərdarlıq ediblər. “CBS News” qeyd edib ki, ən çox ləğv və gecikmə halları Boston (Massaçusets), Detroit (Miçiqan), Minneapolis (Minnesota), Nyu-York və Çikaqo (İllinoys) hava limanlarında qeydə alınıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.